Ümumiyyətlə, Azərbaycanda bir neçə normal millət vəkili var – AÇIQLAMAbackend

Ümumiyyətlə, Azərbaycanda bir neçə normal millət vəkili var – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Milli Məclisin keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev maraqlı təkliflə çıxıb edib. O, bildirib ki, bəzi millət vəkillərinin evi yoxdur və onlara verilən kirayə haqqı artırılsın: “Belə deputatlara 220 manat kirayə haqqı verilir. Ona görə də bu vəsaitin artırılmasını təklif edirəm”.

NOCOMMENT.az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov Demokrat.az-a açıqlamasında bu təklifin çox gülünc və gülməli olduğunu deyib:

R.Mahmudov qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda bir neçə normal millət vəkili var:

“Amma, bir çoxu da həddindən artıq varlıdır. Onlar millət vəkili seçilib ki, dövləti qorusunlar və toxunulmazlıqları var. Əgər bizim ölkəmizdə bir şəxs kirayədə qalırsa, o, millət vəkili seçilə bilməz, ancaq başqa ölkələr də təbii ki, seçilə bilər. Həqiqətən də, deputatın bu təklifi gülməlidir. Deputatlar yaxşı olardı ki, qazi və şəhid ailələrin problemləri ilə məşğul olsunlar. Çünki bizim həm şəhidlərimizə, həm də qazilərimizə bir can, qan borcumuz var. Onlar bizim üçün öldülər, Vətəni qorudular. Elə-belə getmədilər, bizə görə getdilər, öz canlarını şəhid elədilər. Amma bunu hələ başa düşə bilmirlər. Mən işlədiyim xəstəxanada elan eləmişəm ki, qazilər, qazi ailəsi, şəhid ailəsi üzvlərinin bütün analizləri və baxmaq pulsuzdur. Mənlik olmayanda başqasından da xahiş edirəm. Amma deputatlar özlərini xahiş edir”.