Unanyan: İrəvanın gündəliyində xalq respublikalarını tanımaq yoxdurbackend

Unanyan: İrəvanın gündəliyində xalq respublikalarını tanımaq yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Donetsk və Luqansk xalq respublikalarının tanınması məsələsi Ermənistanın gündəliyində deyil”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

“Gündəlikdə belə bir məsələ yoxdur”, – deyə Unanyan DXR və LXR-in Ermənistan tərəfindən tanınmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Onun sözlərinə görə, İrəvan iki dost dövlət arasında mövcud problemlərin dialoq və danışıqlar yolu ilə, beynəlxalq norma və prinsiplərə, BMT Nizamnaməsinə əsaslanaraq həllini istəyir.

“Ümid edirik ki, gərginliyin azaldılması və vəziyyəti sülh yolu ilə həll etmək üçün lazımi addımlar atılacaq”, – deyə Unanyan bildirib.