Unanyan: Xüsusi nümayəndələrin görüş vaxtı hələ təyin olunmayıbbackend

Unanyan: Xüsusi nümayəndələrin görüş vaxtı hələ təyin olunmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında keçiriləcək görüşün tarixi barədə hələ ki, razılıq əldə olunmayıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, görüşün Moskvada keçirilməsi imkanları müzakirə olunur.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün baş tutan brifinq zamanı sözügedən görüşün Moskvada keçirilə biləcəyini açıqlayıb.