UNESCO işğaldan azad olunmuş ərazilərə səfər edəcək?backend

UNESCO işğaldan azad olunmuş ərazilərə səfər edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tərəfi UNESCO missiyasının erməni işğalından azad olunmuş ərazilərə səfəri ilə bağlı təkliflər hazırlayıb.

NOCOMMENT xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai ilə onlayn formatda görüşündə deyib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi missiyanın parametrlərini əhatə edən sənədin layihəsinə dair öz təkliflərini hazırlayıb və bu sənəd çox yaxın zamanda UNESCO Katibliyinə təqdim ediləcək.