“Unibank” gömrük qaydalarını pozub? – Bank barəsində inzibati iş başlanıbbackend

“Unibank” gömrük qaydalarını pozub? – Bank barəsində inzibati iş başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) gömrük qaydalarını pozmaqda ittiham edilir.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki,bank barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iş başlanıb.

Bu maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin min manat məbləğində, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Anar İbadzadə iş üzrə hakim təyin edilib.