UNICEF Əfqanıstanda erkən nikahların sayının artmasından narahatdırbackend

UNICEF Əfqanıstanda erkən nikahların sayının artmasından narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BMT-nin Uşaq Fondu (UNICEF) Əfqanıstanda erkən nikahların sayının artmasından narahatdır”.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, bunu təşkilatın icraçı direktoru Henrietta Forü bildirib.

“Əfqanıstanda erkən nikahların sayının artması ilə bağlı xəbərlərdən dərin narahatam. Biz ailələrin cehiz müqabilində 20 günlük qız övladlarını gələcək evlilikləri üçün təklif etdikləri barədə etibarlı xəbərlər almışıq”, – deyə o qeyd edib.

UNICEF-dən vurğulanıb ki, erkən nikahlar psixoloji problemlərə, məişət zorakılığına yol aça bilər.

Təşkilatın hesablamalarına görə, 15-49 yaş arası əfqan qadınlarının 28%-i 18 yaşından əvvəl evlənib.