Nazirliyin milyonluq texnologiya iştahı: kəndli üçün real fayda varmı?backend

Nazirliyin milyonluq texnologiya iştahı: kəndli üçün real fayda varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “İqlim stansiyaları, torpaq nəmlik sensorları, peşəkar pilotsuz uçuş aparatları (PUA) və əlavə avadanlıqlar”ın satın alınması üçün tender elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqənin dəyəri 757.953 AZN-dir. Tender çərçivəsində noutbuklar, Universal USB-C Dock stansiyaları, stasionar və qalıcı torpaq nəmlik sensorları, iqlim stansiyaları və peşəkar PUA-lar alınacaq.

Xatırladaq ki, mətbuatda gedən məlumatlara görə, Nazir Məcnun Məmmədov Hollandiyada Wageningen Universiteti və Araşdırma institutunda 3-cü kursda təhsil alır və Qida və Aqrobiznes üzrə Executive MBA proqramına qatılıb.