Universitetdə oğlanlara saqqal QADAĞASIbackend

Universitetdə oğlanlara saqqal QADAĞASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ali təhsil müəssisələrində ənənəvi təhsil bərpa olundu. Lakin bir il yarım keçməsinə baxmayaraq bəzi universitetlərdə şikayətlərə səbəb olan qərarlar öz qüvvəsində də qalır.

Ənənəvi təhsilin bərpa olunacağı ilə bağlı qərar verilən gündən Sumqayıt Dövlət Universitetinin oğlan tələbələri həmişə olduğu kimi, bu il də “saqqal qadağası” ənənəsinin davam etməsi ilə bağlı şikayətləniblər. Bu ənənə artıq illərdir ki, universitetdə hökm sürür.

NOCOMMENT xəbər verir ki, təhsil ocağının adının açıqlanmamsını istəyən tələbələri bakıvaxtı.az-a bildiriblər ki, pandemiyadan əvvəl saqqalı olan oğlanlar universitetdə dərslərə buraxılmırdılar. Hətta buna görə qaib alan tələbələr də çox olub.

Əməkdaşımız SDU-nun mətbuat katibi Nazxanım Cəlili ilə əlaqə saxlamağa çalışsa da, o, sualdan yayınıb. Belə ki, sorğunu əvvəl yazılı formada mətbuat katibinə ünvanlayan əməkdaşımız cavab ala bilmədikdə, telefon zəngi vasitəsi ilə Nazxanım Cəlili ilə əlaqə saxlamağa çalışıb. Lakin o, bu dəfə də zənglərə cavab verməyib.

Maraqlıdır, universitetlərdə tələbələrə bu kimi qadağaların qoyulması qanunvericiliyin tələblərinə uyğundurmu?

Qeyd: Məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə sorğu göndərilib.

Təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, univertsitetlər tələbənin beyninin içinə baxmalıdır, çölünə yox: “Dünyanın hər tərəfində Ali təhsil müəssisələrində tələbəyönümlülük höküm sürür. İstisna ölkələr var ki, müəllimyönümlü, müəllimmərkəzli tədris aparır.

Amma inkişaf etmiş və etməkdə olan ölkələrdə biz tələbəyönümlülüyün şahidi oluruq. Bu, tələblərin motivasiyasını, dərsə diqqətini artırır, bir şəxsiyyət kimi yetişməyinə nəticə verir. Biz müəllimmərkəzli, məzmunmərkəzli tədris apardıqda, nəticə tələbələrin ruhdan düşməyi, dərsə maraqsız yanaşmağı olur. Təsəvvür edin ki, bir insane hansısa işi məcbur gördürməyə çalışırsınız.Bu işin nəticəsi bəlkə də olacaq, amma o iş daimi olmayacaq. Əgər bir uğur tələbənin şəxsi həvəsi ilə ortaya qoyulursa, bu, daimi bir iş olacaq. Biz tələbəyönümlülüyün, demokratik universitet mühitinin, tələbə avtonomiyasının tərəfdarıyıq”.

“Özümüzü bənzətməyə çalışdığımız ölkələrdə tələbə təşkilatlarının rəhbərləri birbaşa rektorlarla görüşüb universitetin gələcəyi ilə bağlı müzakirələr aparır. Tələbələr ancaq bu yolla kreativ ola, şəxsiyyət kimi yetişə bilərlər. Belə olduqda həmçinin tələbə özünü xoşbəxt hiss edər. İnsan xoşbəxt deyilsə, məhsuldar ola bilməz. Mütləq bunu təhsil idarəçiləri düşünməlidirlər. Saqqal, şalvar, saç kimi məsələlər artıq geridə qalıb. Mütləq mənada insanlar beynin içinə baxmalıdır, çölünə yox. Ali məktəblərdə insanların dini ideoloji, cinsi seçimlərinə belə baxmırlar, nəinki saqqal və saçına. Bunlar çox ibtidai məsələlərdir, biz isə müasir dövrdə yaşayırıq. Biz hələ də saç-saqqal müzakirə ediriksə, bu, heç də yaxşı bir hal deyil. Yəni insanlar bu məsələdə çox sərbəst olmalıdır” – deyə ekspert bildirib.