Universitetin mətbuat katibi postundan GETDİbackend

Universitetin mətbuat katibi postundan GETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün universitetdəki 5 illik “Mətbuat xidmətinin rəhbəri” fəaliyyətimin son günü idi. 2010-cu ildə yolum Odlar Yurdu Universitetindən keçdi. 11 ildir ordayam, zarafat deyil, yeniyetməliyim, gəncliyim orada keçib”.

NOCOMMENT.az xəbər verir ki, bunu Odlar Yurdu Universitetinin mətbuat katibi postundan gedən Günay İmanova bildirib.

Onun sözlərinə görə, bu illər ərzində hər addımında universitetə faydalı olmağa, adını uca tutmağa, ən əsası isə işini vicdanla görməyə çalışıb.

“Düşünürəm ki, bacardım da. Bundan sonra da fəaliyyətim bu universitetdə davam edəcək. Bu dəfə sırf ixtisasım üzrə peşəkarlaşmaq üçün”.

Sabiq mətbuat katibi bu müddət ərzində əməkdaşlıq etdiyi bütün jurnalistlərə minnətdarlığını bildirib.
Modern.az