Universitetin şöbə müdiri vəfat etdi – FOTObackend

Universitetin şöbə müdiri vəfat etdiFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kооpераsiyа Universitetinin alimi vəfat edib.

NOCOMMENT.az-ın Ölkə.Az-a istinadla xəbərinə görə, ali məktəbin “Doktorantura” şöbəsinin müdiri Elsevər Kərimov 63 yaşında dünyasını dəyişib.

O, sözügedən universitetdə bundan öncə prorektor vəzifəsində çalışıb.

Ölkə.az-ın məlumatına görə, Kərimov Elsevər 1981-1994-cü illərdə AMEA-nın İqtisad İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 2000-ci ildə dosent olub.

2 kitab, 3 dərslik, 2 metodiki vəsaitin, 70 elmi məqalə və 1 monoqrafiyanın müəllifidir.