Universitetlər müasir tələblərə uyğun kadr yetişdirə bilmir?backend

Universitetlər müasir tələblərə uyğun kadr yetişdirə bilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan universitetlərinin müasir tələblərə uyğun kadr yetişdirə bilməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki nazir belə fikirlərlə razı olmadığını bildirib.

O söyləyib ki, ölkədə fəaliyyət göstərən dövlət qurumları və digər aidiyyəti iş yerlərində çalışanların hamısı məhz ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrini bitiriblər:

“Mən özüm də universitetlərimizdən birinin məzunuyam. Bu mənada fikirləri bəzən çox ümumiləşdiririk. Son 10 ildə ölkədə ali məktəbə qəbul olan tələbələrin sayı təxminən iki dəfə artıb”.

E.Əmrullayev bildirib ki, kəmiyyət artanda keyfiyyətə təsiri başa düşüləndir:

“Misal olaraq, bölgələrdəki bəzi məktəblərdə vakant yerlər olsa da, insanlar bəlli səbəblərdən Bakıda və böyük şəhərlərdə işləmək istəyirlər. Bu, bir çox hallarda hətta əmək haqqı ilə bağlı da deyil. Müəllim məktəbi seçəndə həyat tərzi və ya yaşayış yerinə yaxın olmasını əsas götürür. Başqa nümunə də verə bilərəm ki, Azərbaycanda universitet bitirən yüzlərlə insan dövlət proqramı çərçivəsində dünyanın ən yaxşı ali təhsil müəssisələrinə qəbul olur. Bu səbəbdən bütün məzunlar barədə belə söz demək düzgün deyil.

Bəlkə də söhbət uyğun kadr hazırlığından gedə bilər. Bu da prosesdir. Bəzi məhdud saylı kadr olan sahə üzrə müəllimlərin işə qəbul imtahanı nümunəsində nəsə fikir söyləmək düzgün deyil”.