Universitetlərdə təhsil alan bu tələbələrin 80 faizi Azərbaycan dilini başa düşmür – Millət vəkilibackend

Universitetlərdə təhsil alan bu tələbələrin 80 faizi Azərbaycan dilini başa düşmür – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda təhsil alan əcnəbilərin sayı kifayət qədər çoxdur. Ancaq bundan sui-istifadə edənlər də az deyil. Məsələn, təhsil adıyla ölkəyə daxil olub, digər fəaliyyətlərlə məşğul olurlar. Buna nəzarət gücləndirilməlidir”.

Bu fikirləri millət vəkili Azər Allahverənov parlamentin iclasında söyləyib.

Bəs həmin əcnəbilər hansı işlərlə məşğul olurlar və bunun qarşısını almaq üçün hansı nəzarət tədbirlərini həyata keçirmək olar?

NOCOMMENT.az xəbər verir ki, bu mövzuda millət vəkili daha ətraflı Redaktor.az-a açıqlamasında danışıb. O bildirib ki, əgər Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq struktur bölmələrinin xətti ilə aşkarlanan qanunsuz miqrantlarla bağlı verilən statistikaya nəzər salsaq, görəcəyik ki, onların arasında elələri var ki, həqiqətən də, ölkə ərazisinə təhsil vizası ilə daxil olurlar:

“Sonra isə həmin şəxslər istənilən universitetlə müqavilə bağlayırlar və universitet onları hazırlıq bölməsinə götürür. Onlar bir il ərzində burada oxuyurlar və imtahanlarda uğurlu olduqları təqdirdə universitet onları qəbul edir. Amma xüsusilə də 2-3 il ərzində bu məqsədlə ölkə ərazisinə gələn miqrantlar arasında müəyyən artımları da görmək mümkündür. Əslində, qanunvericilik həmin şəxslərə belə bir imkan yaradır, yəni bu məsələlər tam qanuni şəkildə baş verir. Sadəcə olaraq əcnəbilər təhsil vizası əsasında ölkə ərazisinə girirlərsə, ancaq təhsil almaqla məşğul ola bilərlər. Dövlət Miqrasiya Xidməti də baxır ki, burada bütün hər şey rəsmidir, şəxs ölkə ərazisində qanuni yaşayır, bütün sənədləri qaydasındadır, müqaviləsi də var, ona müvəqqəti yaşama icazəsi verir. Müvəqqəti yaşama icazəsi aldıqdan sonra əcnəbi vətəndaş bir il ərzində ölkə ərazisində qala və təhsil ala bilir. Təhsil almayan əcnəbilər daha çox təhsil almaq niyyətində olmayan, sadəcə bu adla ölkəyə giriş edib qeydiyyata düşən şəxslərdir ki, sonrakı mərhələdə qeyr-qanuni əmək fəaliyyəti ilə məşğul olurlar. Faktiki olaraq, qanunvericiliyə görə, onlar təhsil vizası ilə ölkə ərazisinə daxil olublarsa, digər bir fəaliyyət növü ilə məşğul ola bilməzlər. Çünki əmək fəaliyyəti ilə məşğul olmaq istəyirlərsə, onlar iş icazəsi alıb ölkə ərazisinə girməli idilər. Belə olduğu təqdirdə onlar dərsdən yayınırlar. Bu kəslərin fəaliyyəti aidiyyəti strukturlar tərəfindən aşkarlandıqda məlum olur ki, təhsil məqsədi ilə daxil olsa da, başqa əmək fəaliyyətilə məşğuldur. Bu əsas yaradır ki, həmin şəxs müvafiq qaydada cərimələnsin və ona verilmiş müvəqqəti yaşama icazəsinə xitam verilsin. Belə olan təqdirdə şəxs ölkə ərazisini tərk etməlidir, çünki burada çox ciddi inzibati qayda pozuntusu var”.

Millət vəkili qeyd edib ki, bu məsələlərə ilk olaraq universitetlər nəzarət etməlidir. Ən azından ona görə ki, bu şəxslərin təhsil aldığı zaman davamiyyətləri, nəticələri barədə informasiya bilavasitə universitetdə olur:

“Yanvar ayında birinci sessiya nəticələrinə görə, əgər aşkarlansa ki, bu şəxslərin davamiyyəti çox aşağıdır, nəticələri qənaətbəxş deyil, onlar universitetdən xaric olunurlar. Baxmayaraq ki, onlarla müqavilə avqustda bağlanıb, ancaq bu hal yanvar ayında baş verir. Universitetlər bu prosesə daha məsuliyyətli yanaşır, aşkar edir və o şəxslə müqaviləni pozurlar. Həmçinin bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verirlər və həmin kəslərin müvəqqəti yaşamaq icazəsinə xitam verilir. Burada əsas məsələ universitet daxilində nəzarətin güclü formada həyata keçirilməsidir. Lakin müəyyən hüquqi məsələlər də var, hansı ki, şəxs yalnız birinci semestrin nəticələrinə görə universitetdən xaric oluna bilər. Tutaq ki, oktyabrda, noyabrda, dekabrda bilinsə ki, bu şəxs tamamilə başqa bir fəaliyyət növü ilə məşğuldur və ölkədə hazırlıq kursu əvəzinə sərnişindaşıma, qidadaşıma və digər fəaliyyət növü ilə məşğuldursa, bu halda universitetin həmin şəxsi hətta vaxtından əvvəl xaric etmək imkanı var. Bununla bağlı düşünürəm ki, universitetlərə digər strukturlardan da dəstək lazımdır ki, bir semestr ərzində lazımi qiymətləndirmənin aparılması məsələlərində hansısa hüquqi əsaslara söykənmiş olsunlar və yalnız bundan sonra həmin şəxslə bağlı qərar versinlər”.

A.Allahverənovun sözlərinə görə, bugünkü vəziyyət onu deməyə əsas verir ki, birinci semestrin nəticələrinə görə şəxs universitetdən xaric oluna və sonra onun müvəqqəti yaşama icazəsinə xitam verilə bilər. Bu zaman Dövlət Miqrasiya Xidməti üzərinə düşən işi yerinə yetirir:

“Xitam o zaman verilir ki, xarici tələbənin universitetdən xaric olunması barədə məlumat universitet tərəfindən Dövlət Miqrasiya Xidmətinə təqdim edilsin. Bu səbəbdən mən düşünürəm ki, həmin tələbələrlə sıx işləyən universitet əməkdaşları və universitetlərin aidiyyəti struktur bölmələri var. Çünki həqiqətən də, əgər şəxs qanunsuz əmək fəaliyyəti ilə məşğul olsa, bu, birincisi, qanunu pozmaq deməkdir. Eyni zamanda şəxsin özü də sonrakı mərhələdə qanuna verilən hüquqlarının təmin olunmasında müəyyən problemlər yaşaya bilər. İstənilən halda bu, şəxsin öz ixtiyarına verilir. Çox vacib məsələ odur ki, həmin şəxslərlə maarifləndirmə işi dəqiq və onların daha məsuliyyətli davranmasına səbəb olacaq tərzdə aparılsın və onlar hər hansı bir formada qanunvericiliyin imkanlarından özləri üçün sui-istifadə etməsinlər. Misal üçün, biz universitetlərdə maarifləndirmə tədbirləri keçiririk. Bu cür tədbirlər zamanı görürük ki, əcnəbilərin 80 faizi Azərbaycan dilini başa düşmür. Halbuki hazırlıq kursunun axırına yaxın onlar Azərbaycan dilində danışmalıdırlar. Lakin biz yenə də onlarla tərcüməçi vasitəsilə və yaxud hansısa bir xarici dildə danışırıq ki, bizi anlaya bilsinlər. Bu bir daha onu göstərir ki, həmin şəxslər universitetin birinci hazırlıq kursunu uğurla bitirməyəcəklər. Bu nöqteyi-nəzərdən mən də təklif irəli sürdüm ki, universitetlərin aidiyyəti struktur bölmələri bu məsələyə xüsusi şəkildə yanaşsınlar. Eyni zamanda universitetlərlə əməkdaşlıq edən qeyri hökumət təşkilatları var, onlar da bu sahədə maarifləndirmə tədbirlərinin intensivliyini artıra bilərlər. Belə olduğu təqdirdə çox müsbət nəticələr əldə etmək olar və qətiyyən yol vermək olmaz ki, qanunun kifayət qədər liberal və bəzi məsələlərdə hətta loyal yanaşdığı bir şəraitdə bundan başqa məqsədlər üçün sui-istifadə edilsin”.

Deputat əlavə edib ki, bəzi hallarda həmin şəxsləri qrup şəklində gətirən hansısa xarici şirkətlər olur. Əslində, həmin şirkətlər bizim qanunvericilikdə olan müəyyən loyal elementlərdən məlumatlıdırlar:

“Bu şirkətlər müəyyən məbləğdə vəsait almaqla xaricilərin ölkə ərazisinə gətirilməsini təşkil edirlər. Çox maraqlıdır ki, miqrantların ölkəyə gətirilməsi ilə məşğul olan bir neçə şirkət var ki, Pakistanda, Hindistanda və digər xarici ölkələrdə fəaliyyət göstərirlər. Həmin ölkələrin hüquq-mühafizə orqanları müəyyən reydlər keçirərək bu şirkətlərin fəaliyyətinə müəyyən mənada xitam vermiş oldu. Amma faktiki olaraq ölkə ərazisinə təhsil almaq adı ilə gələn əcnəbilər yenə də var. Təbii ki, bu da istisna deyil ki, gələn əcnəbilərin arasında kifayət qədər çoxu məqsədi həqiqətən də təhsil almaq olan şəxslərdir. Düşünürəm ki, təhsil almaq niyyətində olan şəxs bunun üçün bütün fəaliyyətini səfərbər etmiş olur. Buna görə də həm davamiyyəti, həm də nəticələri yüksək səviyyədə olur və sonrakı dövrdə də ölkə ərazisində mövcud miqrasiya qaydalarına uyğun davranır. Kim ki, bu niyyətlə gəlmir, o, sözsüz ki, müxtəlif yollarla qanundan yayınır ki, özünün müəyyən maraqlarını təmin etsin, əmək fəaliyyəti ilə məşğul olsun, qeyri-qanuni pul qazansın. Ona görə də universitetlərin aidiyyəti strukturları bu prosesə nəzarət edir. Qeyri-Hökumət Təşkilatlarının bu prosesdə fəal olması olduqca vacibdir. Çünki digər strukturlar – Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi yalnız şəxsin qanunsuz miqrant olduğu aşkarlandıqdan sonra onunla bağlı sanksiya verir”.