Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib.
Bu barədə NOCOMMENT.az–a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, maddi yardımın ödənişi Prezident İlham Əliyevin Sərəncamına əsasən baş tutub.
Birdəfəlik maddi yardımları nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) qeyd edilən ailələrin hesablarına köçürüb.
Ödənişlər ümumilikdə 76 min 103 ailəni (337932 nəfər ailə üzvü) əhatə edib.
Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənildi









