Ünvanlı sosial yardımı nazirlik deyil, bu qurum təyin edəcək – YENİLİKbackend

Ünvanlı sosial yardımı nazirlik deyil, bu qurum təyin edəcək – YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sosial yardımın təyin olunması qaydasının dəyişirilməsi təklif olunur.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 6-cı maddəsinə ( Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi) dəyişiklik edilir.

Dəyişikliklə sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunacaq.

Qanunun mövcud varinatında isə sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. “Report”