“Ünvanlı sosial yardımlar ünvanlı olsa da, ünvanına çatmır, “uşaq pulu” isə… ” – Deputatbackend

“Ünvanlı sosial yardımlar ünvanlı olsa da, ünvanına çatmır, “uşaq pulu” isə… ” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaq pulu” məsələsi kifayət qədər müzakirə obyektdir və hər yerdə müzakirə olunur.

NOCOMMENT.az xəbər verir ki, bunu “uşaq pulu”nun yenidən bərpası haqqında redaktor.aza danışan Milli Məclisin deputatı Vahid Əhmədov dedi.

Millət vəkili vurğuladı ki, düzdür, indi dövlət tərəfindən ünvanlı sosial yardımlar verilir:

“Amma biz hesab edirik ki, ünvanlı sosial yardımlar ünvanlı olsa da, ünvanına çox vaxt çatmır, ciddi problemlər var. Amma “uşaq pulu” belədir ki, birbaşa ünvanına gedən və ailənin demək olar ki, gəlirlərinə təsir edən bir prosesdir. Yəni “uşaq pulu”nun verilməsi vacibdir. Yenə öz fikrimdə qalıram ki, “uşaq pulu” mütləq verilməlidir və digər müavinətlərə baxmaq olar. Hansı ki, o müavinətlərin verilməsində ciddi problemlər var, bu gün də o problemi biz yaşayırıq. Uşaqların da yetişməsində o vəsaitin kifayət qədər böyük rolu var.  Bu proses gündəmdən çıxmayıb, uzun müddətdir ki, müzakirəsi gedir. Sosial Müdafiə Nazirliyinin özünün də arqumentləri var, onlar da kifayət qədər müavinətlər verdiyi üçün onları sayırlar, öz hesablamaları var. Amma bu, xüsusi bir müavinət olduğu üçün mütləq verilməlidir. Problem özü ciddi olduğu üçün xüsusilə çoxuşaqlı ailəyə  müsbət təsir etdiyi üçün məsələ gündəmdə saxlanılır. Ona görə də bu məsələ müzakirə obyektidir. Bu məsələdə hansısa bir güzəştlər, qərarlar qəbul olunmasının tərəfdarıyıq və mütəmadi dövlət büdcəsi müzakirə olunanda, sosial müdafiə büdcəsi müzakirə olunanda bu məsələyə toxunulub“.