Rusiya və ABŞ-dan olan texniki komandalar “yaxın günlərdə” Ər-Riyadda görüşəcəklər.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığından sonra ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib.
Qeyd olunur ki, tərəflər diqqəti qismən atəşkəs rejiminin həyata keçirilməsi və genişləndirilməsinə yönəltmək niyyətindədirlər.
Qeyd edək ki, martın 18-də Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında rəsmi olaraq təsdiqlənmiş ikinci telefon danışığı olub. Kremlin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Rusiya lideri xarici həmkarının Moskva və Kiyevin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtinası barədə təklifi ilə razılaşıb.