Uqanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı Rusiya ilə danışıqlara başlamaq niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Uqandanın xarici işlər naziri Abubaker Jeje Odonqo bildirib.
Diplomat qeyd edib ki, Afrika böyüdükcə enerjiyə ehtiyac da artır. Onun sözlərinə görə, bu, xüsusilə sənayeləşmə üçün lazımdır.
“Biz nüvə enerjisinin imkanlarına böyük əhəmiyyət veririk. Və biz Rusiya Federasiyası da daxil olmaqla, bizə bu cür imkanların yaradılmasına kömək edə biləcək istənilən tərəfdaşla danışıqlara başlayacağımızı gözləyirik”, – deyə RİA Novosti Odonqodan sitat gətirir.
O əlavə edib ki, tərəflər hələ danışıqlara başlamayıb, lakin Uqanda artıq Rusiyaya öz istəyini bildirib.