Uqanda sülhməramlılarını Somalidən çıxarmaq qərarına gəlibbackend

Uqanda sülhməramlılarını Somalidən çıxarmaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqanda hökuməti 2007-ci ildən Somalidə xidmət edən sülhməramlıları 2024-cü ilin dekabrında geri çəkməyə qərar verib.

NOCOMMENT.az xəbər verir ki, 6000-dən çox Uqanda əsgəri 2007-ci ildən bəri Somalidə əş-Şəbab terror təşkilatına qarşı mübarizəni dəstəkləmək üçün xidmət edir.

Uqanda Xarici İşlər Naziri Abubaker Jeje Odongo bu barədə mətbuata açıqlama verib.

Uqandanın Somalinin sülh, təhlükəsizlik və sabitliyini dəstəklədiyini ifadə edən Odonqo, “Uqanda Somalidə əsgər yerləşdirən və sülhün bərqərar olmasına töhfə verən ilk ölkədir” deyə qeyd edib.

NOCOMMENT.AZ