Ürək xəstəliklərinin yuxusuzluqla əlaqəli olduğu açıqlanıbbackend

Ürək xəstəliklərinin yuxusuzluqla əlaqəli olduğu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşları yuxusuzluqla  ürək xəstəlikləri arasında bağlılığı təsbit ediblər. Bildirilir ki, yuxusuzluq problemi infarkt, iflic, demensiya və böyrəklərin düzgün işləməməsinə səbəb ola bilər.

NOCOMMENT.az xəbər verir ki, alimlər axşam saatlarında kitab oxumaq və kinoya baxmaq kimi məşğuliyyətləri azaltmağı məsləhət görürlər. Onların sözlərinə görə güclü hiss və duyğular  insanın sinir sistemini həddindən artıq həyəcanlandırır. Bu da ürək ritmini pozaraq yuxusuzluğa səbəb olur. Mütəxəssislər həmçinin sosial şəbəkələrdən uzaqlaşaraq axşam saat 10-dan yatmağı məsləhət görürlər.

Statistikalar ürək xəstəliklərinin insan ölmünün ən yayqın səbəblərindən biri olduğunu göstərir. Həkimlər yuxu rejiminə diqqət edib və aktiv həyat tərzi keçirərək bu kimi xəstəliklərdən uzaqlaşmağın mümkün olduğunu qeyd ediblər.