Ürəyində qəlpə gəzdirən qazi ilə bağlı SON XƏBƏRbackend

Ürəyində qəlpə gəzdirən qazi ilə bağlı SON XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibədə könüllü döyüşərək qazi olan Qəbələ rayon sakini Elçin Səmədovdan xəbər var.

NOCOMMENT.az xəbər verir ki, Suqovuşan kəndində döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ürək nahiyəsindən ağır yaralanan, Vətən müharibəsindən “ürəyində qəlpə daşıyan qazi” kimi yadda qalan Elçinin bu dəfə qaraciyərində 8 ədəd qəlpə aşkarlanıb.

Bu barədə saytımıza qazinin anası Vüsalə Səmədova danışıb. Vüsalə xanım bildirib ki, əvvəl həkimlər ona oğlunun ağciyərində 1 ədəd qəlpə olduğunu bildiriblər. Daha sonra isə yenidən aparılan həkim müayinə zamanı Elçinin qaraciyərində 8 ədəd qəlpə aşkarlanıb. Qaraciyərdə aşkarlanan qəlpələr isə qazinin idmana getdiyi zaman onda müşahidə edilən ağrılar zamanı üzə çıxıb:

“İki ay bundan əvvəl Elçinin qaraciyərində qəlpələr aşkarlandı. Ağciyərində qəlpə olduğu deyilmişdi, amma qaraciyərində yox. Elçini idmana aparmışdıq, ağrıyıb, narahat oldu deyə həkim baxıb dedi ki, bilirsiniz ki, onun qaraciyərində 8 ədəd qəlpə var?”

Qazinin anası Vüsalə Səmədova bildirib ki, hazırda Elçin qaraciyərindən əlavə ağciyərində 1, onurğasında və ürəyinin arxa divarında da 1 ədəd olmaqla qəlpələr daşıyır. Vüsalə Səmədova hərdən Elçinin səhhəti ilə əlaqəli narahat olduğunu, bununla bağlı Bakıya müalicə almağa getdiyini də bildirib. Qeyd edək ki, qazinin bir müddət əvvəl ürəyindəki qəlpə səbəbindən əməliyyat ediləcəyi deyilmişdi. Daha sonra onun ürəyində deyil, bədəninin başqa nahiyələrində də qəlpələr aşkarlanmışdı. Xatırladaq ki, qazi Elçin Səmədov müalicəni Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında alıb. Hazırda qazinin müalicəsi davam etdirilir./cebhe.info