Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəlliməsi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında dünyasını dəyişib.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Sevda müəlliməni illərdir dərsə qaynatası aparıb gətirib, elə hadisə baş verən günü də səhər məktəbə sağ salamat apardığı gəlinin ölüm xəbərini də ilk qaynatası alıb.
Üç övlad anası olan müəllimənin ürəyində problem olub, bir müddət əvvəl ona stend qoyulub.
Yaxınları deyir ki, əməliyyatdan sonra sağlamlıqla bağlı heç bir şikayəti olmayıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi isə təcili yardım briqadasının hadisə yerinə gec gəlməsi iddiaları ilə razılaşmayıblar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













