Urmiya gölünün neçə faizi quruyub?backend

Urmiya gölünün neçə faizi quruyub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında yerləşən Urmiya gölünün suyunun 95%-i quruyub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İranın Qərbi Azərbaycan vilayəti fövqəladə hallar idarəsinin baş direktoru Əmir Abbas Cəfəri çıxış edib.

Cəfəri əlavə edib ki, quraqlıq, suyun buxarlanması, kənd təsərrüfatının qeyri-məntiqi şəkildə inkişaf etdirilməsi və Urmiya gölünün suyundan qeyri-düzgün şəkildə istifadə edilməsi gölün qurumasının əsas səbəblərindəndir.

O qeyd edib ki, su ehtiyatlarından düzgün şəkildə istifadə olunmaqla Urmiya gölünün yenidən bərpa olunacağına ümid edilir.