Ursula fon der Lyayen Aİ-nin müdafiə xərclərinin artırılmasını təklif edibbackend

Ursula fon der Lyayen Aİ-nin müdafiə xərclərinin artırılmasını təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə xərclərini 1,5 % artırmağı təklif edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, ümumi büdcəsi 800 milyard avro təşkil edəcək Aİ-nin yenidən silahlanma planını təqdim edib.

Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-də hava hücumundan müdafiə vasitələrinin istehsalı və Ukrayna üçün silah istehsalı ilə bağlı kredit şəklində 150 milyard avro cəlb etmək niyyətindədir.

“Avropa öz müdafiə xərclərini artırmağa hazırdır. İlk növbədə qısamüddətli perspektivdə Ukraynanın dəstəklənməsi üçün, uzunmüddətli perspektivdə isə öz təhlükəsizliyinin təmin edilməsi üçün”, – o bildirib.

U.Lyayenin sözlərinə görə, Avropa Şurasının iclası ərəfəsində beş əsas istiqaməti əhatə edən “ReArm Europe” planı təqdim edilib.

Buraya dövlət müdafiə maliyyələşməsinin aktivləşdirilməsi, yeni maliyyələşdirmə aləti, Aİ büdcəsindən istifadəsi, özəl kapitalın cəlb edilməsi daxildir.