Uşağa qarşı fiziki təzyiq göstərən bağçanın tərbiyəçi müəllimi və dayə işdən çıxarıldıbackend

Uşağa qarşı fiziki təzyiq göstərən bağçanın tərbiyəçi müəllimi və dayə işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

290 nömrəli körpələr evi – uşaq bağçasında tərbiyəçi- müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq 290 nömrəli körpələr evi – uşaq bağçasından məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.