290 nömrəli körpələr evi – uşaq bağçasında tərbiyəçi- müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq 290 nömrəli körpələr evi – uşaq bağçasından məlumat verilib.
Bildirilib ki, qanunvericiliyə uyğun olaraq qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.