Uşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? – VİDEObackend

Uşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlarına fiziki zorakılıq edən valideynlər artıq cərimələnəcəklər. İllərdir cəmiyyətdə “tərbiyə” üsulu kimi qəbul edilən bu yanaşmanın tərəfdarları Milli Məclisdə təsdiqlənən yeni dəyişikliklərə əsasən 200 manat cərimə olunacaqlar.

NOCOMMENT.az xəbər verir ki, bəs qəbul edilən bu qərar uşaqları zorakılıqdan qorumağa kifayət edəcəkmi? Yoxsa problemin kökü daha dərindir? Ümumiyyətlə, qərar nə dərəcədə effektiv olacaq?

Baku TV-nin xəbərinə görə, psixoloq Ofeliya Əliyeva fiziki cəzanın təsiri hər bir uşaq üçün fərdi olduğunu bildirib. Onun sözlərinə görə, bəzi uşaqlar qorxu səbəbindən mənfi davranışlarını dayandırsalar da, bəziləri üçün bu, əks-reaksiya verə bilər:

“Elə uşaq var ki, cəza gördükcə daha çox diqqət çəkməyə çalışır: yanlış hərəkət edəndə valideyn diqqətinin onun üzərində toplandığını görür və bu davranışı daha da artırır. Hətta məktəbdə müəllimləri qəsdən əsəbləşdirməyə meyilli olur. Əgər sadəcə cəza – cərimə tətbiq olunarsa və köklü yanaşma olmasa, bu, nəticə verməyəcək”.

Hüquqşünas Mircavid Miriyev isə qeyd edir ki, əməl o zaman inzibati xəta kimi qiymətləndirilir ki, o, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə səbəb olmasın:

“Əgər valideynin məqsədi uşağı tərbiyə etmək çərçivəsini aşarsa və aşkar zorakılıq halları qeydə alınarsa, xüsusilə də uşağın sağlamlığına yüngül, az-ağır və ya ağır zərər vurulması faktı aşkarlanarsa, həmin şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb ediləcəklər”.