Uşağını rus bölməsinə qoymaq istəyən valideynlərə MÜRACİƏTbackend

Uşağını rus bölməsinə qoymaq istəyən valideynlərə MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycandilli ailə övladını rus bölməsinə qoymaq istəyəndə bilməlidir ki, bununla uşaqlarının akademik bilikləri öyrənmək istəyinin qarşısına böyük sədd çəkirlər”.

NOCOMMENT xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib.

“Çünki uşaq başa düşdüyü dildə elmi daha tez qavrayır. Bunu valideynlər nəzərə alsalar, yaxşı olar”, – deyə Vəfa Yaqublu bildirib.

O, həmçinin qeyd edib ki, adətən rusdilli ailənin övladlarının başqa dildə oxuması problem yaratmır.