Rusiya və ABŞ Alyaskada dövlət başçılarının görüşündən sonra bir çox məsələlər üzrə qarşılıqlı anlaşmaya nail olublar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinlə söhbətində bildirib.
“Ankoricdə bir çox qarşılıqlı anlaşmalar əldə edildi. Mənim anladığım qədərilə həm Amerika, həm də bizim tərəf bu razılaşmadan istifadə edərək digər liderlərlə təmaslarda işi davam etdirirlər”, – Uşakov qeyd edib.
Onun sözlərinə görə, Tramp və Putin arasında görüşdə Rusiya və Ukrayna nümayəndə heyətlərinin səviyyəsinin artırılması məsələsinə də toxunulub, lakin bu mövzuda hələlik konkret təkliflər yoxdur.