Rusiya ilə ABŞ arasında müxtəlif səviyyələrdə məhsuldar dialoq davam etdiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Rusiya və ABŞ prezidentləri arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, məhsuldar dialoq ən fəal rejimdə davam etdiriləcək”, – Uşakov bildirib.
Rusiya prezidentinin köməkçisi qeyd edib ki, Rusiya lideri Vladimir Putinlə Yaxın Şərq üzrə xüsusi elçi Stiven Uitkoff arasında görüş Sovet və Amerika qoşunlarının Elbada tarixi görüşünün 80-ci ildönümündə baş tutub.
Uşakovun sözlərinə görə, Putin və Uitkoff Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası imkanlarını müzakirə ediblər. Rusiya liderinin köməkçisi vurğulayıb ki, bu söhbət təkcə Ukrayna məsələsində deyil, bir sıra digər məsələlərdə də Moskva ilə Vaşinqtonun mövqelərini daha da yaxınlaşdırmağa imkan verib.