Rusiya Prezidenti Vladimir Putinin hələ ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski ilə üçtərəfli və ya ayrı-ayrı ikitərəfli görüş barədə heç bir razılaşması yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi Yuri Uşakov VGTRK jurnalisti Pavel Zarubinə bildirib.
Uşakov vurğulayıb ki, mətbuatda yayılan məlumatlar Alyaskada Rusiya və ABŞ prezidentləri arasında əldə olunmuş razılaşmalarla tam uyğun deyil. Onun sözlərinə görə, Rusiya-Ukrayna danışıqlarında nümayəndələrin səviyyəsinin yüksəldilməsi ilə bağlı konkret təkliflər hələ yoxdur.
“İndi danışırlar ki, üçtərəfli görüş, Putinlə Zelenski görüşü ola bilər. Amma mənim bildiyim qədər, Putinlə Tramp arasında bu barədə razılaşma olmayıb”, – Kremlin nümayəndəsi qeyd edib.