Uşakov Rusiya və ABŞ-ın Ukrayna ilə bağlı mövqelərinin yaxınlaşması barədə məlumat veribbackend

Uşakov Rusiya və ABŞ-ın Ukrayna ilə bağlı mövqelərinin yaxınlaşması barədə məlumat verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Kremldə Rusiya lideri Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında aparılan danışıqlardan danışıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.

“Bu söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, həm də bir sıra digər beynəlxalq məsələlərdə Rusiya və ABŞ-ın mövqelərini daha da yaxınlaşdırmağa imkan verdi”, – Rusiya liderinin köməkçisi qeyd edib.

Uşakov qeyd edib ki, Putin və Uitkoff Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası imkanlarını müzakirə ediblər. Onun sözlərinə görə, üç saat davam edən görüş konstruktiv keçib.