Uşakov: Türkiyənin BRİCS-ə tam üzvlüklə bağlı müraciətinə baxılacaqbackend

Uşakov: Türkiyənin BRİCS-ə tam üzvlüklə bağlı müraciətinə baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə BRICS dövlətlərarası assosiasiyasında tam iştirak üçün ərizə təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Türkiyə BRICS-də tam iştirak üçün müraciət edib. Assosiasiya ölkələri buna baxacaq”, – Kreml nümayəndəsi qeyd edib.

Sentyabrın 2-də günortadan sonra Bloomberg mənbələrə istinadən xəbər verir ki, Türkiyə rəsmi olaraq BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib. Onların fikrincə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyası “inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıq zərurətindən” çıxış edib.