Türkiyə BRICS dövlətlərarası assosiasiyasında tam iştirak üçün ərizə təqdim edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Türkiyə BRICS-də tam iştirak üçün müraciət edib. Assosiasiya ölkələri buna baxacaq”, – Kreml nümayəndəsi qeyd edib.
Sentyabrın 2-də günortadan sonra Bloomberg mənbələrə istinadən xəbər verir ki, Türkiyə rəsmi olaraq BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib. Onların fikrincə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyası “inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıq zərurətindən” çıxış edib.