Uşakov: Ukrayna üzrə Rusiya-ABŞ danışıqları bu həftə davam edəcəkbackend

Uşakov: Ukrayna üzrə Rusiya-ABŞ danışıqları bu həftə davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ arasında Ukraynadakı vəziyyətlə bağlı danışıqlar bu həftə davam edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov VGTRK jurnalisti Pavel Zarubinlə söhbətində deyib.

Onun sözlərinə görə, iki tərəf Ukraynanı kifayət qədər ciddi və hərtərəfli müzakirə edir.

“Düşünürəm ki, dialoq bu həftə davam edəcək”, – deyə dövlət başçısının köməkçisi bildirib.

O, həmçinin qeyd edib ki, bu təmasların nəticələri ilə bağlı hər hansı nəticə çıxarmaq hələ tezdir.