Uşaq bağçasında nöqsanlar – rəhbərlikdə “qara ləkə” və işdən çıxarılmabackend

Uşaq bağçasında nöqsanlar – rəhbərlikdə “qara ləkə” və işdən çıxarılma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.

Bu barədə NOCOMMENT.az-a BŞTİ-dən məlumat verilib.

Monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib.

Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən bağça müdirinin işəgötürmə prosesində rüşvət tələb etdiyi ilə bağlı şikayət yayımlanıb.