Uşaq meydançasında güclü partlayış: 22 uşaq ölübbackend

Uşaq meydançasında güclü partlayış: 22 uşaq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somalidə uşaq meydançasında raket partlayıb. Partlayış nəticəsində 22 uşaq həlak olub. Partlayışa görə məsuliyyəti Əl-Şəbab terror təşkilatı üzərinə götürüb.

NOCOMMENT xəbər verir ki, Somalidə Aşağı Şabel bölgəsinin rəsmilərindən olan İbrahim Malabow mətbuata verdiyi açıqlamada uşaqların oynadığı ərazidə partlayış baş verdiyini bildirib. Malabow raketin partlaması nəticəsində uşaqlardan 22-nin öldüyünü, 3-nün yaralandığını açıqlayıb.

Əl-Şəbab terror təşkilatını günahlandıran Malabow, ölən uşaqlardan 16-nın oğlan, 6-nın isə qız olduğunu bildirib. Hadisənin baş verdiyi əraziyə nəzarət edən Əl-Şəbab, partlayışın Afrika İttifaqının Somalidəki keçid missiyasının atdığı əl qumbarası nəticəsində baş verdiyini iddia edib.