Uşaqlar üçün YENİ TƏHLÜKƏ – XƏBƏRDARLIQbackend

Uşaqlar üçün YENİ TƏHLÜKƏ – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya səbəbilə uşaqların rəqəmsal ekranlar qarşısında keçirdiyi orta vaxt artıb. Mütəxəssislər bunun göz quruluğu, rəqəmsal göz yorğunluğu, baş ağrısı və bulanıq görmə kimi şikayətlərə səbəb olduğunu xəbərdar edirlər.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə Sağlamlıq Elmləri Universitetinin göz sağlamlığı və xəstəlikləri mütəxəssisi professor Yelda Özkurt COVID-19-un tənəffüs sisteminə olduğu kimi, gözlərə də ciddi təsir edə biləcəyini, hətta ilk tapıntıların belə gözdə görülə biləcəyini bildirib.

Y.Özkurt uşaqlarda göz qapaqlarının iç hissəsini və göz bəbəyini əhatə edən kəskin iltihab, sulanma, qızartı, şişlik kimi halların müşahidə edildiyini deyib.
Professorun sözlərinə görə, xarici mühitlə davamlı təmasda olan əllərin gözlərə sürtündüyü zaman, göz vasitəsilə COVID-19-a yoluxma üçün zəmin hazırlanır:

“Bu, araşdırmalar əsasında sübut olunub. Buna görə də infeksiyaya yoluxma riskinin qarşısını almaq üçün gözlərin qorunması ağız və burun qədər vacibdir. Bütün viral xəstəliklərdə olduğu kimi, gözlə təmasda olan və daha sonra digər insanlara və səthlərə toxunan əllər tərəfindən də yoluxma ehtimalı olduğunu unutmamalıyıq”.

Y.Özkurt vurğulayıb ki, pandemiya səbəbiylə əksər yerlərdə məktəblərin bağlı olması uşaqların planşet, kompüter və telefon kimi rəqəmsal ekranlar qarşısında keçirdikləri müddəti artırıb ki, bu da onların səhhətinə mənfi təsir edir. Professor tövsiyə edir ki, göz yorğunluğunun olmaması və göz xəstəliklərinin artmaması üçün uşaqları mümkün qədər ekran qarşısından çəkindirmək lazımdır.

O deyib ki, son 5 ildə Çində 6-8 yaş qrupundakı təxminən 125 min uşağın göz qüsuru hesablamalarına əsaslanan araşdırmada, zəif görmə 6 yaşındakı uşaqlarda 3 dəfə, 7 yaşındakılarda 2, 8 yaşındakılarda isə 1,4 dəfə artdığı müəyyən edilib. Bu səbəbdən də Y.Özkurt son zamanlarda göz müayinəsindən keçməmiş bütün uşaqların müayinə olunmalı və mövcud nöqsanların müəyyən edilərək müalicə olunmasının vacibliyini ifadə edib və bildirib ki, xüsusilə əl ilə göz təması azaldılmalı və ümumi gigiyena qaydalarına ciddi riayət edilməlidir.
Publika.az