Uşaqlara görə bu qədər müavinət verilib – RƏSMİbackend

Uşaqlara görə bu qədər müavinət verilib – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin ilk 7 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 71,4 milyon manat vəsait ödənilib.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) NOCOMMENT-ə verilən məlumata görə, bura hamiləlik, doğum, uşağın anadan olması, üç yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar və dəfn üçün nəzərdə tutulan müavinətlər daxildir.

Rəsmi məlumata görə, daxilolmalar nəzərə alınmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 milyon manat və ya 24,2% daha çox vəsait xərclənib.