Uşaqlarda dırnaq yemə vərdişi – SƏBƏBbackend

Uşaqlarda dırnaq yemə vərdişi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumilikdə 3-4 yaşdan başlayaraq, əl və ayaq dırnaqlarını qoparmaq, ayaq və əl dırnaqlarını, dırnaq ətrafındakı dərini yemək davranış pozğunluğu və ya impuls idarəetmə pozğunluğunun bir növü olaraq təyin edilə bilər.

NOCOMMENT.az uşaqlarda dırnaq yemə vərdişinin əsas səbəblərini sizə təqdim edir:

Qorxu və narahatlıq halları, özünə inamsızlıq, ailə problemləri və münaqişələr, həddindən artıq təzyiq və nəzarət, qısqanclıq hissi, diqqət və sevginin olmaması … Demək olar ki, hər cür mənfi duyğular uşağın dırnaq yeməsinə səbəb ola bilər. Laqeyd və sevgisiz bir mühitdə böyüyən uşaq, dırnaqları yeyərək yaşadığı gərginliyi nümayiş etdirir.

Mütəxəssislərin sözlərinə görə dırnaq yemə davranış pozğunluğudur və mütləq şəkildə səbəbləri tapılaraq müalicə olunmalıdır.
Əsasən sevdiyi insanı itirən, uzun müddət valideynlərindən ayrılmış və ya valideynlərdən diqqət və məhəbbət görməmiş, yaxın ətrafına əsəbiləşən və onlara qəzəblənən uşaq dırnaqlarını yeməyə başlaya bilər.

Bu davramış pozğunluğunun qarşının alınması üçün mütəxəssisə müraciət edilməli və dırnaq yeməyə səbəb olan problemin həlli üçün çalışılmalıdır.