Ürək şişlərinin aralarında nadir rast gəlinən şişlər var, əksəriyyəti də xoşxassəli şişlər olur.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev Türk Dövlətlərinin I Kardioolonkoloji Konqresində deyib:
“Ümumiyyətlə təsadüfdən tapılan bir şişlərə də rast gəlirik. Bu, çox müsbət haldır ki, nadir rast gəlinir.
Xoşxassəli və bədxassəli şişlərin bölgüsü aparılıb. Ən çox rast gəlinən 80 faiz sol qulaqcıqda, 13 faiz isə miks zomadır.
Bu gün exo kardioqrafanin hesabına əksər ürək xəstəlikləri aşkar edilir. Hazırda müəyyən məsələlərdə cərrahiyyənin alternativi demək olar ki, yoxdur.
Uşaqlarda ən çox rast gəlinən özü-özünə törəmələr var ki, əsasən bədxassəli şişlərdir.
Gənc həkimlər bu, xəstəliklərə olduqca həssas yanaşmalıdırlar. Tibb inkişaf edir, ancaq gənc həkimlər də işlərinə çox məsuliyyətlə yanaşmalıdırlar.
Hazırda şişlərin statiskası çox genişdir. Buna görə də maksimum diqqətli olmaq lazımdır”.