Uşaqlarımıza “Bayraqdar” adı qoyuruq – Yuşşenkobackend

Uşaqlarımıza “Bayraqdar” adı qoyuruq – Yuşşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin hakimiyyətdə qalmaq istəyir. Onun ətrafındakılar rus xalqından hər şeyi oğurlayıblar və onlar da hakimiyyəti saxlamağa, rəqabəti məhv etməyə çalışırlar. Putin yeni Böyük Pyotr olmaq və imperiyanı diriltmək niyyətindədir. O, ukraynalıların dilinə, tarixinə məhəl qoymur. Dəyişdirə bilmədiyi şeyi məhv etmək istəyir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Azərbaycanda keçirilən Bakı Forumuna qatılan Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşşenko “Haber Global”la müsahibəsində deyib.

“Biz Türkiyəyə minnətdarıq. Türkiyə bizə hərbi yardım edən ilk ölkələrdən biri olub. Əgər bu yardımı almasaydıq, bu gün bu vəziyyətdə olmaya bilərdik. Xüsusilə “Bayraqdar” PUA-larına minnətdarıq. İndi uşaqlarımıza “Bayraqdar” adı veririk. Prezident Ərdoğana vasitəçilik səylərinə görə təşəkkür edirik. Biz Türkiyənin mövqeyini anlayırıq. Ümid edirik ki, o, Rusiyaya, xüsusən də oliqarxlara qarşı sanksiyalarla bağlı daha sərt addımlar atacaq”, – deyə Ukraynanın keçmiş birinci xanımı bildirib.

Yuşşenko “Müharibə nə vaxt bitəcək” sualına isə “Biz qalib gələndə bitəcək” cavabını verib.