Uşaqların Müdafiəsi Beynəlxalq Hərəkatı: İsrail 40 fələstinli uşağı öldürübbackend

Uşaqların Müdafiəsi Beynəlxalq Hərəkatı: İsrail 40 fələstinli uşağı öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail 2023-cü ilin əvvəlindən bəri 40 fələstinli uşağı öldürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cenevrədə yerləşən Beynəlxalq Uşaq Müdafiəsi Hərəkatının Fələstin şöbəsinin rəsmilərindən olan Ayid Əbu Katiş Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya açıqlama verib.

O bildirib ki, öldürülən fələstinli uşaqların sayı artır. Yeni ildən bəri İsrail tərəfindən öldürülənlərin sayı 40-a çatıb .

Əbu Katiş qeyd edib ki, İsrail qüvvələri və ya yəhudi köçkünlər bu müddət ərzində İordan çayının qərb sahilində 33, mühasirədə olan Qəzza zolağında isə 7 uşağı öldürüb.

İsrail səlahiyyətlilərinin hazırda 160 fələstinli uşağı nəzarətdə saxladığını qeyd edən Əbu Katiş, onlardan 21-nin inzibati həbs çərçivəsində saxlandığına diqqət çəkib.

Cinayətlərin cəzasız qalmasının yəhudi mühacirlərin fələstinli uşaqları öldürməsi üçün yaşıl işıq olduğunu vurğulayan Əbu Katiş, yəhudi köçkünlərin uşaqların ölümü ilə nəticələnən hücumlarının həmişə cəzasız qaldığını bildirib.

Xatırladaq ki, Fələstin Səhiyyə Nazirliyi bir neçə gün əvvəl Ramallahın şərqindəki Silvad qəsəbəsində güllə yarası alan 17 yaşlı Həmidin bu səhər xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb.