Uşaqlarınızı bu qidalardan uzaq tutun..!backend

Uşaqlarınızı bu qidalardan uzaq tutun..!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, uşaqlarımızı “fast food” tərzində olan və qablaşdırılan qidalara öyrətməməli, ev şəraitində hazırlanan və bütün ailənin birlikdə istifadə etdiyi yeməklərlə böyütməliyik.

NOCOMMENT.az-ın məlumatına görə mütəxəssislər həm uşaqlarımızın, həm də özümüzün istehlak etməməli olduğumuz ən zərərli qidaları açıqlayıb.

Mikrodalgalı sobada partladılmış qarğıdalı

Xüsusilə uşaqların çox sevdiyi GMO ehtimalının yüksək olduğu qarğıdalı mikrodalğalı sobada partladılarkən paketindəki zərərli qoruyucu maddələr qarğıdalıya keçir.

Toyuq naqqetsi

Naqqetsi dişlədikdə, lif ayrılırsa, bir az şanslı ola bilərsiniz. Çünki döş ətindən hazırlanma ehtimalı var. Ancaq ümumilikdə toyuğun hansı hissəsi olduğu və tərkibinə nə qatıldığı bəlli olmur. Həmçinin bu naqqetslər saatlarla dəfələrlə istifadə olunmuş yağda bişir.

Kartof qızartması (free)

“Free” kartoflar yüksək temperaturda yağda qızardıldığından, içərisində “akrilamid” adlı bir maddə əmələ gəlir.
Bu maddə çox uzun müddət istehlak edildikdə çox böyük zərərləri ola bilər. Xüsusilə, inkişaf dövründəki uşaqlar və hamilə qadınlar “free” kartof istehlak etməməlidir.. Bundan əlavə, qızardılmış kartoflar yüksək glisemik indeksə malikdir və dəfələrlə eyni yağda qızardıldığından olduqca zərəlidir.

Çips

Ümumiyyətlə çipslərə uşaqların qidalanmasında yer verilməməlidir. “Free” kartofakı “akrilamid” maddəsi çipslərdə də mövcuddur. Bu qida xərçəng, piylənmə və diabet kimi bir çox xəstəliyə səbəb olur.

İşlənmiş ətlər

Tərkibində yüksək nitrat olan işlənmiş ət, xərçəng riskini artırır.

Ağ şəkər, ağ un və ondan hazırlanan məhsullar

Qan şəkərinin birdən-birə artmasına səbəb olan bu qida, istehlakdan sonra qəfil qan şəkərinin düşməsinə səbəb olur. Bu da insanın aclıq dövrünə girməsinə gətirib çıxarır.

Hotdog

Həm qan şəkərini qaldıran ağ un tərkibli, həm də nitrat tərkibli sosiska kansoregen riskini artırır.

Jelibon

Jelibon və jelibon tərkibli konfetlər xüsusi ilə iribuynuzlu heyvanların ətdən ayrılmış sümüklü hissələrin qaynadılması ilə hazırlanır. Tərkibi dəqiq bilinməyən bu qidaları uşaqlarınızdan uzaq tutmağa çalışın. Bundan əlavə, tərkibindəki qida boyaları sağlamlığa olduqca zərərlidir.

Qamburgerlər

Hamı tərəfindən istehlak edilən burgerlər, piylənmənin ən böyük səbəblərindən biridir. Bununla birlikdə istehlak edilən kola və kartof qızartması da buna səbəb olur. Qamburgerin içərisindəki əti uzun müddət qorumaq üçün bir sıra zərərli maddələrdən istifadə olunur. Məhz buna görə burgerlər insan sağlamlığı üçün təhlükəlidir.