USQ-nin beynəlxalq legionunun vyetnamlı üzvü Rusiya tərəfindən əsir götürüldübackend

USQ-nin beynəlxalq legionunun vyetnamlı üzvü Rusiya tərəfindən əsir götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərəfində döyüşən Vyetnamdan olan muzdlu döyüşçünü əsir alıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Teleradio şirkətinin yaydığı məlumata görə, vyetnamlı muzdlu bildirib ki, Rusiya Silahlı Qüvvələrinin mövqelərinə endirdiyi zərbədən sonra sağ qalan yeganə şəxs o olub.

RT qeyd edir ki, onun geyimində müxtəlif ölkələrdən muzdluları cəlb edən Ukrayna Silahlı Qüvvələrinin Dördüncü Beynəlxalq Legionunun şevronu olub.