ÜST: COVID-19 vaksinləri yüksək qoruyucu olaraq qalırbackend

ÜST: COVID-19 vaksinləri yüksək qoruyucu olaraq qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı hazırkı COVID-19 peyvəndlərinin ciddi xəstəliklərə və ölümə qarşı yüksək qoruyucu olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 Peyvəndi Kompozisiyasına dair Texniki Məsləhət Qrupu iclasından sonra yazılı açıqlama yayaraq COVID-19 peyvəndi formulalarının tərkibinə dair tövsiyələr verib.

Açıqlamada Məsləhətçi Qrupun virusun inkişafı kontekstində mövcud COVID-19 vaksinlərinin performansının araşdırıldığı açıqlanıb.

Qrup gələcək COVID-19 peyvəndi formulalarının kompozisiyalarında yeni variantların, XBB.1 mənşəyinin istifadə edildiyini də qeyd edib.

ÜST 2023-cü ilin martında yenilənmiş İmmunlaşdırma üzrə Ekspert Məsləhət Qrupunun tövsiyələrinə əsasən, hazırda təsdiqlənmiş COVID-19 peyvəndlərinin istifadəsini şiddətlə tövsiyə edir.

NOCOMMENT.AZ