Ümumdünya Səhiyyə Təşkilatı Dağlıq Qarabağdan olan qaçqınlara kömək etmək üçün hər şeyi edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.
O, qaçqınların çətin vəziyyətdə olduğuna diqqət çəkib. Qebreyesus mülki şəxslərin müdafiəsinin və beynəlxalq hüquqa hörmətin vacibliyini qeyd edib. O qeyd edib ki, ÜST dəstək vermək üçün hər şeyi edəcək.
Qeyd edək ki, Dağlıq Qarabağdan Ermənistan Respublikasına 53 629 nəfər köçüb.