ÜST-dən 65 yaşdan yuxarı insanlarla bağlı AÇIQLAMAbackend

ÜST-dən 65 yaşdan yuxarı insanlarla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19-un müalicəsi ilə bağlı tövsiyələrini yeniləyən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 65 yaşdan yuxarı insanları indiyə qədər olduğu kimi yüksək risk deyil, artıq orta risk kateqoriyasına aid edir.

NOCOMMENT Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki mənzil-qərargahından məlumat verilib.

“COVID-19 virusunun hazırkı variantları, bir qayda olaraq, daha az ağır xəstəliyə səbəb olur. İmmunitetin səviyyəsi isə peyvənd səbəbindən daha yüksəkdir ki, nəticədə bu da əksər xəstələr üçün ağır xəstəlik və ölüm riskinin azalmasına gətirib çıxarır”, – deyə qurumdan bildirilib.

Bəyanatda deyilir ki, hazırda orta risk kateqoriyasına əvvəllər yüksək risk qrupunda olan insanlar, o cümlədən 65 yaşdan yuxarı şəxslər, həmçinin xroniki xəstəlikləri, əlilliyi və əsas xroniki xəstəlikləri olan şəxslər daxil edilib. Söhbət piylənmə, şəkərli diabet, həmçinin xroniki xəstəliklər, o cümlədən böyrək, qaraciyər, xərçəng xəstəliklərindən gedir. Bu qrupdakı xəstələrin xəstəxanaya yerləşdirilməsi ilə bağlı təxmin edilən nisbət 3% təşkil edir.