ÜST-dən koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı xəbərdarlıqbackend

ÜST-dən koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada COVİD-19-a yeni yoluxma hallarının sayı azalmaqda davam edir, bu halda koronavirusun yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqda davam edir.

NOCOMMENT xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

“Yoluxma sayları ötən həftə 3,1 milyon idi. Daha əvvəlki həftə ilə müqayisədə 17% az. Bu, 26 oktyabrda (15 həftə əvvəl) başlayan dövrdən ən aşağı həftəlik göstəricidir. Koronavirusdan ölümlərin sayı da həmçinin ikinci həftədir ardıcıl azalır: – ötən həftə 88 000 ölüm qeydə alınmışdı. Bu, əvvəlki həftə ilə müqayisədə 10% azdır”, – deyə xəbərdə deyilir.

Təşkilatın məlumatına görə, koronavirusun narahatlığa səbəb olan növlərinin yayılması davam edir. “Britaniya” ştamı artıq 86 ölkədə aşkarlanıb. Eyni zamanda “Cənubi Afrika” ştamı 44 ölkədə qeydə alınıb. Bununla yanaşı, 15 ölkə də öz ərazisində “Braziliya/Yaponiya” ştamının aşkarlandığını açıqlayıb.