ÜST-dən qeyri-infeksion xəstəliklərin artması ilə bağlı xəbərdarlıqbackend

ÜST-dən qeyri-infeksion xəstəliklərin artması ilə bağlı xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son illərdə qeyri-infeksion xəstəliklərin artması tendensiyası və onların yaratdığı təhlükələr barədə xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, ÜST COVID-19 pandemiyasının təsiri ilə bağlı yeni rəqəmləri və sağlamlıqla bağlı davamlı inkişaf məqsədlərinə doğru irəliləyişlə bağlı ən son statistik məlumatları özündə əks etdirən Ümumdünya Səhiyyə Statistikası 2023 hesabatını açıqlayıb.

2022-ci ilə qədər olan məlumatları özündə əks etdirən hesabata görə, 2000-2015-ci illərdə müşahidə olunan tendensiyalarla müqayisədə, son illərdə səhiyyə sahəsində tərəqqidə durğunluq müşahidə olunur.

Bəyanatda iqlim dəyişikliyi və qeyri-infeksion xəstəliklərin təhlükəsi barədə xəbərdarlıq edilib və bu məsələdə birgə fəaliyyətə çağırılıb.

Məlumatda dünyada 2020-2021-ci illərdə COVID-19 səbəbindən 336,8 milyon insanın dünyasını dəyişdiyi qeyd edilib.

NOCOMMENT.AZ