ÜST-dən Sudan xəbərdarlığı: Bioloji təhlükəbackend

ÜST-dən Sudan xəbərdarlığı: Bioloji təhlükə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) münaqişə tərəflərindən birinin Sudanda Milli İctimai Səhiyyə Laboratoriyasını ələ keçirdiyini, bu səbəbdən paytaxt Xartumda “yüksək biotəhlükə riski” olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, ÜST ələ keçirilən laboratoriya işçilərinin müəssisədən qovulduğunu açıqlayıb.

Laboratoriyada qızılca, vəba törədiciləri və digər təhlükəli maddələrin olduğunu bildirən ÜST, Xartumda “yüksək biotəhlükə riski”nin olduğunu açıqlayaraq laboratoriyanın kimin nəzarətində olduğu barədə məlumat verməyib.

ÜST işçilərinin laboratoriyaya girməsinə icazə verilmədiyini bildirib.

Qeyd edək ki, indiyədək Sudandakı qarşıdurmalarda 459 nəfər həyatını itirib, 4072 nəfər isə yaralanıb.

NOCOMMENT.AZ